Dialoqlar: (10-cu gün)

#1


l.Sən bu gün nə edirsən?

– Mən bu gün bağda istirahət edirəm

2.Siz dünən harada idiniz?

– Biz dünən kitabxanada idik .

3.Siz bazara getdiniz, sonra  nahar etdiniz?

-Bəli biz bazara getdik,balıq aldıq və nahara balıq bişirib yedik.

4.0, səhər zavodda işləyir, işdən sonra  isə uşaqlarla parkda

gəzir?

-Bəli o səhər saat 8:00-dan saat 15:00- dək zavodda işləyir,sonra isə uşaqlarla parkda gəzir

5.0 indi haradadır ?

– O, indi başqa ölkədədir .

  1. O orada nə edir?

-O orada ailəsi ilə birlikdə istirahət edir.

 

 

#2

Cavid: Salam,Ruslan!

Ruslan: Salam,Cavid!

Cavid: Sabaha nə planın var?

Ruslan: Sabah işdən sonra heç bir planım yoxdur.

Cavid: Vaxtın olsa mənə sivi yazmağa kömək edərsən?

Ruslan: Əlbəttə edərəm.Hara göndərmək istəyirsən?

Cavid: Azərbaycan Neft Şirkətinə.

Ruslan: Məncə çox gözəl seçim etmisən.Uğurlar sənə!

Cavid: Çox sağ ol. Orada işləmək çoxdan arzumdur

Ruslan: Əla!

 

 

#3

-Rauf, sən saat 5-də harada idin?

-Mən saat 5-də gəmidə idim.

-Bəs, sən indi evə gedirsən?

-Xeyr, indi mən ofisə gedirəm. Mənim cox işim var. Sonra isə mən evə gedəcəm.

 

License

LEARN TURKIC LANGUAGES Copyright © by Funda Güven; Zhazira Agabekova; Balaussa Amir; Yulduzkhan Turgunova; Dariga Kanatova; Adiya Ibrayeva; Maftuna Khalmatbayeva; Anargul Essenaliyeva; Dilyara Ergashvayeva; Nargiz Karamova; and Sanam Maratova. All Rights Reserved.

Share This Book