Mətnlər: (1-ci gün)

Salam. Gəlin tanış olaq. Mənim adım Zaurdur, 25 yaşım var. Mən Azərbaycan İqtisad Universitetinin maliyyə fakultəsini bitirmişəm. Hal hazırda Bakı şəhərində bankda işləyirəm. Zəhmət olmasa, tanış olun, bu mənim ailəmdir. Bu mənim atamdır, onun adı Əlidir. Bu isə anamdır. Anamın adı Xədicədir. Atamın 53, anamın isə 50 yaşı var. Atam həkimdir, anam isə müəllimdir. Onlar hər ikisi işləyirlər. Bu isə mənim bacım və qardaşımdır. Onların adı Samir və Leyladır. Bacım və qardaşım  tələbədirlər. Leylanın 22, Samirin isə 20 yaşı var. Bacım Azərbaycan Tibb Universitetinin müalicə işi fakultəsində, qardaşım isə Bakı Dövlət Universitetinin hüquq fakyultəsində oxuyur. Mən ailəmi çox sevirəm.

 

License

LEARN TURKIC LANGUAGES Copyright © by Funda Güven; Zhazira Agabekova; Balaussa Amir; Yulduzkhan Turgunova; Dariga Kanatova; Adiya Ibrayeva; Maftuna Khalmatbayeva; Anargul Essenaliyeva; Dilyara Ergashvayeva; Nargiz Karamova; and Sanam Maratova. All Rights Reserved.

Share This Book