Mətnlər (4-cü gün)

AZƏRBAYCAN RESPUBLİKASI

#1

Azərbaycan Respublikası Qafqazın cənub-şərqində Avropa və Asiya qitələrinin təmas zonasında yerləşən qədim bir ölkədir. Paytaxtı Bakı şəhəridir. Tərkibində 1 Muxtar respublika (Naxçıvan MR), 66 rayon, 13 şəhər rayonu, 77 şəhər var. 1995-ci ildə qəbul edilmiş konstitusiyaya görə Azərbaycan demokratik respublikadır. Ölkənin başçısı olan prezident ümumxalq səsverməsi yolu ilə 5 il müddətinə seçilir.

#2

Respublika şimalda Rusiya Federasiyası, şimal-qərbdə Gürcüstan Respublikası, qərbdə Ermənistan və Türkiyə Respublikası, cənubda İran İslam Respublikası ilə həmsərhəddir. Şərqdən isə Xəzər dənizinin suları ilə sahillər yuyulur. Dəniz vasitəsilə sərhəd olan ölkələr isə Rusiya Federasiyası, Qazaxıstan, Türkmənistan, İran İslam Respublikasıdır.

#3

Təbii sərvətlərlə (nəm yeraltı, həm də yerüstü) olduqca zəngin bir ölkədir. Əsas faydalı qazıntıları neft, qaz, dəmir filizi, alunit, qızıl, mis, polimetal tikinti materialları və s.-dir.

Follow the link

 

License

LEARN TURKIC LANGUAGES Copyright © by Funda Güven; Zhazira Agabekova; Balaussa Amir; Yulduzkhan Turgunova; Dariga Kanatova; Adiya Ibrayeva; Maftuna Khalmatbayeva; Anargul Essenaliyeva; Dilyara Ergashvayeva; Nargiz Karamova; and Sanam Maratova. All Rights Reserved.

Share This Book