#1
Əkbər: Xaliq,sabahki marafonda sən də iştirak edəcəksən?
Xaliq: Bəli, Əkbər. Mən də iştirak edəcəm. Qeydiyyatdan keçmişəm.
Əkbər: Hazırsanmı?
Xaliq: Bəli düşünürəm ki, hazıram.
Əkbər: Səncə bu marafonda qalib ola biləcəyik?
Xaliq: Ümid edirəm ki, qalib olarıq. Mən çox məşq etmişəm.
Əkbər: Amma mənim məşq etmək üçün vaxtım olmadı. Ona görə narahatam.
Xaliq: İnanıram ki, sən 1 ci, ya da 2-ci yeri tuta biləcəksən. Bu gecə yaxşıca dincəl.
Əkbər: Düzdür. Axı yuxu insan sağlığı üçün vacibdir. Oldu. Sabah görüşənədək
Xaliq: Uğurlar!!!
#2
Leyla: Dilarə, sən piyada gəzirsən?
Dilarə: Bəli . Mən hər gün universitetə piyada gedirəm. Bundan əlavə mən axşamlar da 3-4 kilometr piyada gəzirəm. Bəs sən?
Leyla: Yox.Mən heç vaxt piyada gəzmirəm.
Dilarə: Axşamlar parkda da gəzmirsən?
Leyla: Yox gəzirəm. İstirahət günləri 6-7 km gəzirəm.
Dilarə: Bu sağlamlıq üçün çox yaxşıdır.
Leyla: Bilirəm. Piyada gəzinti qan dövranını yaxşılaşdırır. Ağciyərlər üçün faydalıdır. Həm də kilo almağa qoymur.
Dilarə: Bəli.
Leyla: Bəli, idman, hərəkət, aktiv həyat sağlamlıq üçün cox vacibdir.