A2
I. 1
Məsləhətçi: Sabahınız xeyir! Siz Lamoda onlayn mağazası ilə əlaqə saxlayırsınız. Mənim adım Altınaydır. Sizə necə kömək edə bilərəm?
Müştəri: Salam! Sifarişim göstərilən tarixdən gecikir. Səbəbini bilmək olar?
Məsləhətçi: Adınızı və telefon nömrənizi deyə bilərsinizmi?
Müştəri: Aysel Səmədova. Telefon nömrəm: 8-778-645-04-14
I. 2
Məsləhətçi: Sifariş verdiyiniz əşyalar köynək, ətək və şalvardır, düzdür?
Müştəri: Bəli, düzdür. Sifarişim nə vaxt gələcək?
Məsləhətçi: İki gün ərzində ünvanınıza çatdırılacaq.
Müştəri: Bu gün niyə gəlmədi?
Məsləhətçi: Əşyalarınız üç gün əvvəl kuryerə çatdırılıb. Ümumiyyətlə 5 gün ərzində çatdırılır.
I. 3
Müştəri: Amma sifariş verəndə dedilər ki, 3 gün ərzində çatdırılacaq.
Məsləhətçi: Bütün mallarımız 3 və ya 5 gün ərzində çatdırılır. Bu, yaşayış ünvanınızdan asılı olaraq dəyişə bilər.
Müştəri: Anladım. Yardım üçün təşəkkür edirəm.
Məsləhətçi: Sizə başqa necə kömək edə bilərəm? Sualiniz var?
Müştəri: Sualım yoxdur, təşəkkür edirəm! Hələlik!
Məsləhətçi: Hələlik!