A1
I.1
Adilə: Mənim bərbərim yaraşıqlıdır.
Sənan: Doğrudan?
Adil: Bəli, uzun boylu, qara saçlı, qəhvəyi gözlü, uzun kirpiklidir.
Murat: Saqqalı var?
Alma: Xeyr.
I.2
Adilə: Saçınızı necə kəsim?
Sənan: Qısa kəsin.
Adilə: Mümkün qədər qısa.
Sənan: Ucundan az kəsin.
A2
Ata: Sənan, sən saat neçədə gedəcəksən?
Sənan: Saat 3-də.
Ata: Avtobusla gedəcəksən?
Sənan: Xeyr, ata. Taksi ilə.
Ata: Bəs taksi baha deyil?
Sənan: Ata, indi çox taksi xidmətləri var. Onlarla getmək çox rahat və sərfəlidir.
Ata: Taksi şirkətinə zəng edib sifariş edirsən?
Sənan: Xeyr, ata. Telefonumda tətbiqlər var. Onlarla çox rahatlıqla sifariş edirəm.
Ata: Sənan, zəhmət olmasa o tətbiqi mənim telefonuma da yüklə.
Sənan: Oldu, ata, telefonunu ver yükləyim.
Ata: Bəs pulun necə ödəyirik?
Sənan: O sənin seçimindir. Həm nəğd, həm də kartla ödəyə bilərsən.
Ata: Bu əla xidmətdir ki.
Sənan: Bəli, ata, bu çox rahat xidmətdir.