Lüğət: (21-ci gün)
- Şəbəkə – Hər hansı bir ərazidə yerləşən oxşar idarələrin, müəssisələrin və s.-nin məcmusu.
- Müştəri– Mal alan. Daimi alıcı, sifarişçi və ya bir iş üçün gələn.
- Üstünlük – Bənzərləri arasında daha yaxşı, daha yüksək, daha əlverişli olma.
- Endirim– Getdikcə aşağıya enən yer; yuxarıdan aşağıya mail yer. Aşağı salma, azaltma, ucuzlaşdırma.
- Təqdim etmə– Tanış etmək məqsədilə müəyyən şəxsi və ya əşyanı başqasının yanına gətirmək, göstərmək.Hər hansı bir işi müzakirəyə və ya qiymətləndirməyə vermək.
- Qəpik– Manatın ən kiçik ölçü vahidi.
- Hesab– Hər hansı hesablamanın rəqəmlərlə ifadə olunan nəticəsi, say, miqdar. Hesablama, sayma.
- Qazandirmaq– Qazanmasına, əldə etməsinə, çatmasına səbəb olmaq, vasitə olmaq, kömək etmək.
- İstifadə – Faydalanma, fayda götürmə, faydalı.