Dialoqlar: (24-gün)

А1

I.1


Adilə: Eviniz böyükdür?

Sənan: Bəli, böyükdür. Amma mənim otağım böyük deyil.

Adilə: Kiçikdir?

Sənan: Xeyr, ortadır.

I.2

Adilə: Mağaza sizdən uzaqdır?

Sənan: Xeyr, çox uzaq deyil. Yaxındır.

Adilə: Nə qədər yaxın?

Sənan: Bizim evin altındadır.

А2

Sevda: Aytən, sən ünvanda yaşayırsan?

Aytən: Kabanbay Batır prospekti, “Triumf Astana” yaşayış kompleksi. 1 blok, 17- ci mərtəbə.

Sevda:  Sizin binada ərzaq mağazası var?

Aytən: Bəli, bizim binada ərzaq mağazası, uşaq bağçası, kafe, restoran, kiçik otel, kimyəvi təmizləmə, idman zalı,  gözəllik salonu və s var.

Sevda: Nə gözəl! Sizin binada hər xidmət var.

Aytən: Bəli , bizim binada sakinlərin rahatçılığı üçün hər şərait düşünülüb.

Sevda: Həyətinizdə uşaqlar üçün oyun meydançası da var?

Aytən: Bəli, həyətimizdə uşaqlar üçün oyun meydançaları, yelləncəklər var.  Boyüklər üçün də futbol və basketbol meydançası, oturmaq üçün çoxlu rahat skameykalar var.

Sevda: Mən də sizin binaya köçmək istəyirəm.

Aytən: Məncə çox razı qalarsan.

 

License

LEARN TURKIC LANGUAGES Copyright © by Funda Güven; Zhazira Agabekova; Balaussa Amir; Yulduzkhan Turgunova; Dariga Kanatova; Adiya Ibrayeva; Maftuna Khalmatbayeva; Anargul Essenaliyeva; Dilyara Ergashvayeva; Nargiz Karamova; and Sanam Maratova. All Rights Reserved.

Share This Book