Dialoqlar: (6-cı gün)
#1
Əli: Salam,Serqey!
Serqey: Salam,əziz dostum Əli!
Əli: AA Serqey,sən Azərbaycan dilində danışırsan!
Serqey: Bəli,Əli.Mən artıq Azərbaycan dilində daha yaxşı danışıram
Əli: Çox gözəl! Çox sevindim.
Serqey: Bəli,Əli.Mən də çox şadam ki,artıq dostlarımla rahat danışa biləcəm.
Əli: Bəs sən Azərbaycan dilin necə öyrəndin?
Serqey: Uşaq vaxtı biraz bilirdim. Keçən il qərara gəldim ki, Azərbaycan dilin öyrənim.
Əli: Özün sərbəst öyrəndin,yoxsa kursa getdin?
Serqey: Həm kursa getdim,həm də özüm çox məşğul oldum.
#2
Əhməd: Adil,sizin universitetdə təhsil hansı dildədir?
Adil: Bizdə təhsil 3 dildədir
Əhməd: Hansı dillərdə?
Adil: Azərbaycan,rus və ingilis
Əhməd: Sən bu dilləri harda öyrəndin?
Adil: Azərbaycan dili ana dilimdir,rus və ingilis dilini isə şəhərimizdəki dil kursunda öyrəndim.
#3
Əhməd: Adil,sizin universitetdə çin dilində dərslər keçirilirmi?
Adil: Yox.Başqa universitetə getməyin lazımdır. Çin dili sənə nə üçün lazımdır?
Əhməd: Birinci çin dilini çox sevirəm.İkinci isə gələcəkdə Çinə getmək istəyirəm.