Mətnlər: (7-ci gün)

Dünyanın ən çətin dilləri

 

Dünyada olan təxminən 5 minə yaxın dilin hər birinin öz qaydaları var. Lakin onların içərisində elə dillər də var ki , onu öyrənmək çox çətin olur və hər adam həmin dili öyrənə bilmir. “Factunteres” İnternet – jurnalı dünyanın 10 ən çətin dilini siyahısını tərtib edib.

İslandiya dili

Dünyanın ən çətin dillərindən biri  İslandiya dilidir. Bu dili öyrənmək çətindir. Bu dili yalnız həmin ölkənin vətəndaşları mükəmməl bilə bilər.

Fin dili

Fin dilində 15 hal var və bir neçə yüz şəxsi fel forması var. Buna görə də fin dili dünyanın ən çətin dillərindən biri sayılır. Fin dilində gələcək zaman forması yoxdur, lakin bir neçə keçmiş zaman forması var.

Tabasaran dili

Tabasaran dili 46 haldan ibarətdir. Bu dil Dağıstanın rəsmi dillərindən biri hesab olunur. Bu dilin maraqlı tərəflərindən biri də odur ki, yönlük hal şəkilçisi yoxdur.

Çin dili

Dünyanın ən çətin dili Çin dilidir. Müasir Çin əlifbasında 87 min heroqlif var. Bu heroqliflərin bir çoxu bir-birindən fərqlənir, lakin tamamilə başqa mənalar verir. Bir heroqlif bir söz ola bilər və ya təkcə bir hərf olar.

Please, follow the link to find the full text.

 

License

LEARN TURKIC LANGUAGES Copyright © by Funda Güven; Zhazira Agabekova; Balaussa Amir; Yulduzkhan Turgunova; Dariga Kanatova; Adiya Ibrayeva; Maftuna Khalmatbayeva; Anargul Essenaliyeva; Dilyara Ergashvayeva; Nargiz Karamova; and Sanam Maratova. All Rights Reserved.

Share This Book