Mətnlər: (8-ci gün)

Dərs demək üçün 6-7 saat yol gedən müəllim: Həbib Əlizadə

26 yaşlı Həbib Əlizadə Lənkəran -Gəgiran kənd məktəbində tarix dərsi deyir. O Astarada yaşadığı üçün bəzən işə gedərkən 6-7 saat yol getməli olur. 3 ildir ki, Lənkəranın ucqar Gəgiran kəndində tarix müəllimi kimi fəaliyyət göstərir. 27 yaşlı gənc müəllim 2012-ci ildə Lənkəran Dövlət Universitetinin Tarix və ictimaiyyət ixtisasını bitirib. Bir sıra müasir, yeni metodlarla keçdiyi dərslər və şagirdlərlə fəaliyyəti ilə bağlı videoroliklər sosial şəbəkələrdə böyük izləyici kütləsi toplayıb.

Follow the link

Uzman Doktor Cahid Şahbazov (Cərrah – Oftalmoloq)

Cahid Şahbazov (tam adı: Şahbazov Cahid Hüseyn oğlu ) – azərbaycanlı oftalmoloq, göz mütəxəssisi.

Cahid Şahbazov 4 dekabr 1981 -ci ildə Bakı şəhərində anadan olub. 251 nömrəli orta məktəbi bitirib (1988-1998). Təhsilini Azərbaycan Tibb Universitetinin (ATU) Tibb fakültəsində davam etdirmişdir (1998-2004). Təhsilini Ege Universitetində davam etdirdi və göz xəstəliyi sertifikatı aldı (2004-2010). Şaşılık, katarakt, qlaukoma və refraktiv cərrahiyyə (eksimer lazer) üzrə ixtisaslaşmışdır. 2011 – 2015 -ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasında Oftalmoloq işləyib. 2015 – 2018-ci illərdə Oksigen Klinik Xəstəxanasında çalışıb. 2018-ci ildən indiyənədək Caspian İnternational Hospitalda fəaliyyətini davam etdirir.

Follow the link

 

License

LEARN TURKIC LANGUAGES Copyright © by Funda Güven; Zhazira Agabekova; Balaussa Amir; Yulduzkhan Turgunova; Dariga Kanatova; Adiya Ibrayeva; Maftuna Khalmatbayeva; Anargul Essenaliyeva; Dilyara Ergashvayeva; Nargiz Karamova; and Sanam Maratova. All Rights Reserved.

Share This Book