#1


Sitarə:  Salam, Mətanət!

Mətanət: Salam,Sitarə!

Sitarə:  Novruz bayramınız mübarək!

Mətanət: Çox sağ ol, Starə, sizin də bayramınız mübarək!

Sitarə:  Bayram hazırlıqlarını bitirmisən?

Mətanət: Demək olar ki, qurtarmışam, tək şəkərbura qalıb.

Sitarə:  Mən də şirniyyatların hamısın bişirib qurtarmışam, amma şor qoğal bişirməmişəm.

Mətanət: Gəl bizə birlikdə bişirək.

#2

Sitarə:   Sənə mane olmaram ki?

Mətanət: Əlbəttə mane olmazsan.Əksinə çox maraqlı olar.Biz birlikdə söhbət edərək bişirərik.Sonra da bölüşərik.

Sitarə:  Əvvəllər analarımız, nənələrimiz Novruz bayramında elə edərdilər.

Mətanət: Əlbəttə. Adət ənənələri yaşatmaq, saxlamaq lazımdır.

#3

Sitarə: Mətanət, bayramı öz evinizdə qeyd edəcəksiniz?

Mətanət: Bəli, bu il bayramı öz evimizdə tək qeyd edəcəyik.

Sitarə: Yox, tək qeyd etməyin. Birlikdə qeyd edək.

Mətanət: Təşəkkür edirəm.

Sitarə: Bizim qonaqlarımız olacaq, sizi də dəvət edirik. Sizinlə qeyd etmək bizim üçün də çox xoş olar. Belə çox maraqlı və yaddaqalan olur. Buna uşaqlar  çox sevinəcəklər.

Mətanət: Dəvətə görə çox sağ ol, Sitarə. Mən çox şadam ki, sizin kimi mehriban və çox yaxşı qonşularım var.

 

License

LEARN TURKIC LANGUAGES Copyright © by Funda Güven; Zhazira Agabekova; Balaussa Amir; Yulduzkhan Turgunova; Dariga Kanatova; Adiya Ibrayeva; Maftuna Khalmatbayeva; Anargul Essenaliyeva; Dilyara Ergashvayeva; Nargiz Karamova; and Sanam Maratova. All Rights Reserved.

Share This Book