Nar bayramı 

#1 

Nar bayramı — Azərbaycan ərazisində, əsasən də Göyçay rayonunda, nar yığımı vaxtı keçirilən bayram şənliyi. Bayram ölkəmizin nar paytaxtı olan Göyçayda keçirilir, burada 4 min hektar sahədə nar yetişən bağlar salınıb.”Nar bayramı” ilk dəfə 3 noyabr 2006-cı ildə keçirilmişdir. Tədbirdə bir sıra xarici ölkə səfirləri, göyçaylı iş adamları da iştirak edirdilər. Tədbir iştirakçıları şəhərin mərkəzi meydanında nar məhsullarından hazırlanmış şirələrə qonaq edildilər.Nar bayramı,  UNESCO-nun siyahısına daxil edilib.

#2

Nar bayramında nar növləri və onlardan hazırlanmış məhsullar nümayiş etdirilir. Şəhər mərkəzində gənc idmançıların çıxışları və konsert proqramlarına tamaşa edilir. Nar bayramı festivalının proqramına nar yarmarkası, ondan hazırlanan şirə, Azərbaycan mətbəxinin təamlarının dequstasiyası, folklor, rəqs, mahnı qruplarının və idmançıların çıxışı, eləçə də müxtəlif müsabiqələr daxildir.

Daha çox oxu

 

License

LEARN TURKIC LANGUAGES Copyright © by Funda Güven; Zhazira Agabekova; Balaussa Amir; Yulduzkhan Turgunova; Dariga Kanatova; Adiya Ibrayeva; Maftuna Khalmatbayeva; Anargul Essenaliyeva; Dilyara Ergashvayeva; Nargiz Karamova; and Sanam Maratova. All Rights Reserved.

Share This Book