A1

I.1


Adilə: Mən acdım.

Sənan: Nahar yeməmisən?

Adilə: Xeyr, yeməmişəm. Qəlyanaltı yedim. Kofe içdim.

Sənan: Gəl indi yaxınlıqdakı yeməkxanaya gedək.

I.2

Adilə: Əgər vaxtın varsa, birlikdə nahar edək.

Sənan: Yaxşı fikirdir, amma işim var.

Adilə: Onda sabah axşam görüşək.

Sənan: Yaxşı. Mən sizinlə əlaqə saxlayacam.

A2

I.1

 

Aytən: Günel, səni sabah evimizə qonaq dəvət edirəm.

Günel: Çox sağ ol, Aytən. Sənə əziyyət vermək istəmirəm.

Aytən: Mənimçün heç əziyyət deyil. Çox şad olaram.

Günəl: Dəvətin üçün çox sağ ol!

Aytən: Sabah saat 16:00 da ( saat dörddə)  gözləyəcəm.

Günel: Oldu.

I.2

Samirə: Ana, sabah rəfiqələrimi qonaq çağırmaq istəyirəm

Ana: Çağır , qızım

Samirə: Nə bişirə bilərəm?

Ana: Mən kömək edərəm plov və dolma bişirərik.

Samirə: Ana, bəs desertə nə bişirək?

Ana: Qızım, gəl indi tort bişirək, sabah isə paxlava bişirək?

Samirə: Çətin olmayacaq sənə?

Ana: Əlbəttə yox,qızım. Mən qonaq qarşılamağı çox sevirəm.

Samirə: Kömək üçün çox sağ ol, ana!

 

License

LEARN TURKIC LANGUAGES Copyright © by Funda Güven; Zhazira Agabekova; Balaussa Amir; Yulduzkhan Turgunova; Dariga Kanatova; Adiya Ibrayeva; Maftuna Khalmatbayeva; Anargul Essenaliyeva; Dilyara Ergashvayeva; Nargiz Karamova; and Sanam Maratova. All Rights Reserved.

Share This Book