Tural Abbasov: “Dünya insanların düşündüyü qədər təhlükəli deyil”
“Mənim adım Tural Abbasovdur və mən velosiped sürməyi çox sevirəm. Habelə günəşi, dənizi, səyahət etməyi, musiqini, kitab oxumağı, dadlı yeməkləri və qəlyan çəkməyi də sevirəm. 1981-ci ildə Bakıda anadan olmuşam. Bakı Dövlət Universitetindən “Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavr və maqistr dərəcələrim var. 2014-cü ilin sentyabrında ilk velosəyahət təcrübəsi kimi Azərbaycan üzrə 600 kilometrlik yürüş etdim. 2015-ci ilin may ayının sonlarında isə Birləşmiş Millətlər Təşkilatındakı işimi buraxıb, çoxdankı arzumu – velosipedlə dünyanı dolanmaq arzusunu həyata keçirməyə başladım.