A1

I.1


Adilə: Universitetə ​​nə ilə gedirsən?

Sənan: Gah piyada, gah da avtobusla gedirəm.

Adilə: Hansı avtobusla gedirsən?

Sənan: 14  ya da 21 nömrəli avtobusla.

Adilə: Nə fərqi var?

Sənan: 21 nömrəli avtobus daha sürətlidir.

I.2

Adilə: Salam mən metrodayam. Metro doludur.

Sənan: Mən də metrodayam. Metro boşdur. Bu gün mənim şanslı günümdür.

Adilə: Növbəti dayanacaqda enəcəm (düşəcəm). Piyada gedəcəm.

A2

Sevil: Sevinc, sən Xınalıq və Lahıc kəndində olmusan?

Sevinc: Lap çoxdan qrup yoldaşlarımla getmişdim.

Sevil: Mən də 2 il əvvəl getmişəm. Bəlkə birlikdə gedək?

Sevinc: Olar. Bəs necə gedək, nə ilə gedək?

Sevil: Avtobusla və ya taksi ilə.

Sevinc: Qardaşıma deyim onun maşını ilə gedək. Maşınla daha rahat olar bizim üçün.

Sevil: Lahıcda  Azərbaycan milli geyimində şəkil də çəkdirərik.

Sevinc: Mütləq! Vaxtimiz çatsa Şəki turlarına da qoşula bilərik.

Sevil: Yaxşı olar. Şəki Xan sarayına gedərik. Ora çoxlu turist gəlir.

Sevinc: Məncə çox maraqlı olacaq bu səyahət.

Sevil: Məncə də!

 

License

LEARN TURKIC LANGUAGES Copyright © by Funda Güven; Zhazira Agabekova; Balaussa Amir; Yulduzkhan Turgunova; Dariga Kanatova; Adiya Ibrayeva; Maftuna Khalmatbayeva; Anargul Essenaliyeva; Dilyara Ergashvayeva; Nargiz Karamova; and Sanam Maratova. All Rights Reserved.

Share This Book