A1
1.1
Adilə: Ən çox sevdiyin heyvan hansıdır?
Sənan: Mən bütün heyvanları sevirəm.
Adilə: Ən çox sevdiyin?
Sənan: Pişikləri də xoşlayıram, amma atları lap cox sevirəm.
I.2
Adilə: Mühafizəçi nə dedi?
Sənan: Dedi ki, biletlərinizi göstərin.
A2
1.1
Xəyalə: Nigar, sabahın xeyir!
Nigar: Salam Xəyalə! Bu sənin itindir?
Xəyalə: Bəli, bu mənim itimdir. Onun adı Laykadır.
Nigar: Necə qəşəng itin var?
Xəyalə: Mənim itim çox hərəkətlidir, uşaqlar onu çox sevirlər.
Nigar: Nə vaxt almısan?
Xəyalə: Keçən il doğum günümdə aldım. Biz indi onunla çox yaxşı dostuq! Bəs sənin ev heyvanın var?
Nigar: Bəli, mənim də bir neçə göyərçinim var. Onların ikisi ağ, o biriləri isə boz rəngdədir.
Xəyalə: Maraqlıdır! Mən onları görə bilərəm?
Nigar: Bəli, təbii ki, gəl gedək göyərçinlərimi sənə göstərim. Əminəm ki, çox sevəcəksən.
I.2
Sədaqət: Salam, Vefa!
Vefa: Salam, Sədaqət!
Sədaqət: Vəfa, sənin ev heyvanın var?
Vəfa: Əlbəttə, mənim itim və pişiyim var.
Sədaqət: Əla, itin adı nədir?
Vefa: İtimin adı Bobikdir.
Sədaqət: Bəs pişiyin?
Vəfa: Pişiyin isə adı Musyadır. Bəs sənin?
Sədaqət: Mənim tutuquşum var. Onunla tez-tez danışıram.
Vəfa: Tutuquşunun danışmağı maraqlıdır.
Sədaqət: Bəli, çox maraqlıdır. Bir gün bizə gəl tutuquşu ilə sən də danış.
Vəfa: Oldu, vaxtım olanda gələcəm.