Dialoqlar: (24-gün)
А1
I.1
Adilə: Eviniz böyükdür?
Sənan: Bəli, böyükdür. Amma mənim otağım böyük deyil.
Adilə: Kiçikdir?
Sənan: Xeyr, ortadır.
I.2
Adilə: Mağaza sizdən uzaqdır?
Sənan: Xeyr, çox uzaq deyil. Yaxındır.
Adilə: Nə qədər yaxın?
Sənan: Bizim evin altındadır.
А2
Sevda: Aytən, sən ünvanda yaşayırsan?
Aytən: Kabanbay Batır prospekti, “Triumf Astana” yaşayış kompleksi. 1 blok, 17- ci mərtəbə.
Sevda: Sizin binada ərzaq mağazası var?
Aytən: Bəli, bizim binada ərzaq mağazası, uşaq bağçası, kafe, restoran, kiçik otel, kimyəvi təmizləmə, idman zalı, gözəllik salonu və s var.
Sevda: Nə gözəl! Sizin binada hər xidmət var.
Aytən: Bəli , bizim binada sakinlərin rahatçılığı üçün hər şərait düşünülüb.
Sevda: Həyətinizdə uşaqlar üçün oyun meydançası da var?
Aytən: Bəli, həyətimizdə uşaqlar üçün oyun meydançaları, yelləncəklər var. Boyüklər üçün də futbol və basketbol meydançası, oturmaq üçün çoxlu rahat skameykalar var.
Sevda: Mən də sizin binaya köçmək istəyirəm.
Aytən: Məncə çox razı qalarsan.