Dialoqlar: (9-cu gün)

#1


Səkinə: Günay, sən hansı peşəni seçəcəksən?

Günay: Müəllim olmaq istəyirəm.

Səkinə: Nə müəllimi olmaq istəyirsən?

Günay: Mən azərbaycan dili və ədəbiyyatı müəllimi olmaq istəyirəm.

Səkinə: Ədəbiyyati sevdiyin üçün  yoxsa uşaqları sevdiyin üçün ədəbiyyat müəllimi olmaq istəyirsən?

Günay: Uşaqları çox sevirəm. Şerləri,poemaları,nağılları çox sevirəm

Səkinə: Müəllim çox sevimli peşədir

Günay: Bəli, Səkinə. Müəllim çox sevimli peşədi.Yaxşı müəllimi şagirdlər ömür boyu unutmurlar.

#2

Xəyalə: Salam,Pərvanə!

Pərvanə: Salam,Xəyalə!

Xəyalə: Sən işləyirsən?

Pərvanə: Yox,işləmirəm.İş axtarıram.

Xəyalə: Necə iş istəyirsən?

Pərvanə: Bankda işləmək istəyirəm.

Xəyalə: Sivi göndərmisən?

Pərvanə: Hə,göndərmişəm,cavab gözləyirəm.

Xəyalə: Hansı banka müraciət etmisən?

Pərvanə: Kapital banka.

Xəyalə: Məncə səni işə qəbul edəcəklər,çünki sən bacarıqlısan.

Pərvanə: Çox sağ ol!

#3

Yazıçı: Salam,Dilbər!

Dilbər: Salam,Aytəkin!

Yazıçı: Necəsən?

Dilbər: Yaxşıyam,çox sağ ol.Sən necəsən?

Yazıçı: Mən də yaxşıyam. Nəhayət yazdığım kitabı tamamladım.

Dilbər: Nə zaman?

Yazıçı: 1 həftə əvvəl.

Dilbər: Çox gözəl,təbrik edirəm.

 

 

License

LEARN TURKIC LANGUAGES Copyright © by Funda Güven; Zhazira Agabekova; Balaussa Amir; Yulduzkhan Turgunova; Dariga Kanatova; Adiya Ibrayeva; Maftuna Khalmatbayeva; Anargul Essenaliyeva; Dilyara Ergashvayeva; Nargiz Karamova; and Sanam Maratova. All Rights Reserved.

Share This Book