Dialoqlar: (1-ci gün)

#1


Aydın: Salam,mənim adım Aydındır.

Nadir: Salam,mənim isə adım Nadirdir.

Aydın: Nadir siz işləyirsiniz,yoxsa oxuyursunuz?

Nadir: Xeyir,Aydın.Mən oxumuram,işləyirəm. Bəs siz?

Aydin: Mən isə universitetdə oxuyuram.

Nadir: Hansı universitetdə oxuyursunuz?

Aydın: Mən Bakı Dövlət Universitetində oxuyuram.

Nadir: Neçənci kursda?

Aydın: 4-cü kursda.

Nadir: Bəs hansı fakultədə?

Aydın: Mühəndis. Bəs siz nəçisiniz?

Nadir: Mən də mühəndisəm.Demək biz kolleqayıq.

Aydın: Tanış olmağımıza çox şadam

Nadir: Mən də çox şadam.

#2

Nigar: Sən  universitetdə oxuyursan?

Ləman: Bəli mən universitetdə oxuyuram

Nigar: Neçənci kursda oxuyursan?

Ləman: Mən 2- ci kursda oxuyuram.

Nigar: Hansı fakultədə oxuyursan?

Ləman: Mən Tarix fakultəsində oxuyuram.

Nigar: Sizin universitet harada yerləşir?

Ləman: Bizim universitetimiz Gəncə şəhərində yerləşir.

#3

Tələbə:  Salam

İşçi: Salam

Tələbə: Mənə arayış lazımdır.

İşçi: Necə arayiş?

Tələbə: Universitetdə oxuduqum haqda.

İşçi: Zəhmət olmasa Şəxsiyyət vəsiqənizi  verin

Tələbə: Buyurun

İşçi: Sənədiniz hazırdır,buyurun.

Tələbə: Çox saq olun,təşəkkür edirəm.

İşçi: Buyurun.

 

 

 

License

LEARN TURKIC LANGUAGES Copyright © by Funda Güven; Zhazira Agabekova; Balaussa Amir; Yulduzkhan Turgunova; Dariga Kanatova; Adiya Ibrayeva; Maftuna Khalmatbayeva; Anargul Essenaliyeva; Dilyara Ergashvayeva; Nargiz Karamova; and Sanam Maratova. All Rights Reserved.

Share This Book