Dialoqlar: (11-ci gün)

#1


Vaqif: Salam,doktor.

Doktor: Salam.Buyurun əyləşin.Şikayətiniz nədir?

Vaqif: Doktor,başım çox ağrıyır.

Doktor: Başınız neçə gündür ağrıyır?

Vaqif: Artıq 3 gündür.

Doktor: Agrı başınızın hansı hissəsində daha çox olur?

Vaqif: Başımın arxa hissəsində daha çox ağrı olur.

Doktor: Belə baş ağrıları əvvəllər də olurdu sizdə?

Vaqif: Xeyr,birinci dəfədir ki,belə güclü ağrı olur.

Doktor: Qan təzyiqinizi ölçürsüz?

Vaqif: Xeyr ,doktor,heç vaxt qan təzyiqimi ölçməmişəm.

Doktor: İndi ölçərik.

#2

Həkim Vaqifin qan təzyiqini ölçür.

Doktor: Sizin qan təzyiqiniz normadan çox yuxaridi. Siz yaşda insanlarda normal ölçü 90 -120 olmalıdır.Sizdə isə 100 – 140 dır.Siz buna görə bəzi dərmanlar qəbul etməlisiniz və pəhriz saxlamalısınız.

Vaqif: Oldu, doktor.

Doktor: Mən sizə dərman yazdım.Amma bundan başqa bəzi müayinələrdən keçməlisiniz.

Vaqif: Bütün müayinələrdən keçib sonra nəticələri sizə gətirməliyəm?

Doktor: Bəli,Vaqif. Müayinələrdən keçib sonra nəticələri mənə göstərərsiniz.Əgər lazim olsa əlavə müalicə almalısınız.

Vaqif: Oldu , doktor.Çox sağ olun.Mütləq edəcəm.

Doktor: Sağ olun.

 

License

LEARN TURKIC LANGUAGES Copyright © by Funda Güven; Zhazira Agabekova; Balaussa Amir; Yulduzkhan Turgunova; Dariga Kanatova; Adiya Ibrayeva; Maftuna Khalmatbayeva; Anargul Essenaliyeva; Dilyara Ergashvayeva; Nargiz Karamova; and Sanam Maratova. All Rights Reserved.

Share This Book