#1


Vüsal: Salam, Emil.

Emil: Salam,Vüsal.

Vüsal: Emil, sən hansı idmanla məşğul olursan?

Emil: Mən ügüçülüklə məşğul oluram. Bəs sən?

Vüsal: Mən isə güləş ilə məşğul oluram.

Vüsal: Bakıda tez-tez üzgüçülük yarışları keçirilir. Çox maraqlı olur.

Emil: Mən güləş yarışlarında iştirak edirəm.

Vüsal: Əla!

Emil: Mən inanıram ki, Bakıda gözəl vaxt keçirəcəyik.

#2

Elvin: Salam, Leyla. Necəsən? Hara gedirsən?

Leyla:  Salam, Elvin. Mən Kərim ilə futbol oyununa baxmağa gedirəm. Bəs sən getmirsən?

Elvin: Xeyr, mən bu gün futbola baxmağa getmirəm. Mən dostum Elnur ilə basketbol yarışına bilet almışam. İndi ora gedəcəm. Hansı komandalar oynayır?

Leyla: Bu gün Qarabağ komandası ilə Dinamo futbol komandası oynayır.

Elvin: Aaa, çox gözəl. Mən bilmirdim. Leyla, siz hansi komandanın pərəstişkarısız?

Leyla: Əlbəttə Qarabağ komandasının! O çox gözəl oynayır.

Elvin: Oyun hansı futbol stadionda keçiriləcək?

Leyla: Tofiq Bəhrəmov adına Respublika Stadionunda.

Elvin: AA, çox gözəl. Bu stadionu tanıyıram.

 

License

LEARN TURKIC LANGUAGES Copyright © by Funda Güven; Zhazira Agabekova; Balaussa Amir; Yulduzkhan Turgunova; Dariga Kanatova; Adiya Ibrayeva; Maftuna Khalmatbayeva; Anargul Essenaliyeva; Dilyara Ergashvayeva; Nargiz Karamova; and Sanam Maratova. All Rights Reserved.

Share This Book