#1
Fəridə: Aygün nə sifariş verək?
Aygün: Mən dolma və dovğa sifariş verecəm.
Fəridə: Mən isə balıq.
Ofisiant: Buyurun, nə sifariş verəcəksiniz ?
Aygün: Mən yarpaq dolması və dovğa sifariş etmək istəyirəm.
Ofisiant: Dolma təxminən 40 dəqiqədən sonra hazır olacaq.
Aygün: Onda mənə manqalda forel balığı və çoban salatı.
Ofisiant: Bəs siz?
Fəridə: Mənə isə manqalda kütüm balığı yanında isə tərəvəz.
#2
Ofisiant: İçmək üçün nəsə sifariş edəcəksiniz?
Fəridə: Sərin hansı içkiləriniz var?
Ofisiant: Ayran, limonadlar, qazlı içəcəklər, morslar.
Fəridə: Zoğal kompotu var?
Ofisiant: Bəli, var.
Fəridə: Onda zoğal kompotu və tərxun limonadı.
Ofisiant: Oldu
Fəridə: Çox sağ olun!
Ofisiant: Nuş olsun!
#3
Aygün: Fəridə, balıq çox dadlıdır eləmi?
Fıridə: Bəli, çox dadlıdır. Biz bu restorana tez tez gələrik.
Aygün: Zəhmət olmasa hesabı verin.
Fəridə: Qiymətlər də normaldı, baha deyil. Yaxşı ki, bura gəldik.
Aygün: Bəli, mən də çox sevdim.