#1


Ana: Səkinə, bu gün dolma bişirəkmi, qızım?

Səkinə: Bişirək, ana.

Ana: Sən mənə dolma bişirməyə kömək edə biləcəksən?

Səkinə: Mən dolma bişirməyi bacarmıram. Amma, sən göstərsən mən öyrənərəm.

Ana: Onda gəl başlayaq. Sən ərzaqları hazırla mən isə yarpaqları yuyub hazırlayım.

#2

Səkinə: Dolma bişirmək üçün hansı ərzaqlar lazımdır?

Ana: Ət, düyü, soğan, yağ, duz, istiot, göyərtilər.

Səkinə: Ana,soyuducuda göyərti azdır.Ancaq kişniş var.

Ana: Qizim, dolabda  nanə qurusu var. Onu da əlavə etsənı dadlı olar.

Səkinə: Əti ətçəkən maşından keçirib qiymə edim?

Ana: Xeyir, mən əvvəldən əti çəkib hazır qoymuşam. Sən ərzaqlari qarişdir,sonra birlikdə dolmanı bükək.

Səkinə: Yaxşı ,ana.

#3

Ana: Yarpaqı aç. İçinə ət qoyub bük.

Səkinə: Düz edirəmmi ?

Ana: Çox yaxşı alınır. Əla!

Səkinə: Uraa!! Mən də dolma hazırlaya bilirəm!

 

License

LEARN TURKIC LANGUAGES Copyright © by Funda Güven; Zhazira Agabekova; Balaussa Amir; Yulduzkhan Turgunova; Dariga Kanatova; Adiya Ibrayeva; Maftuna Khalmatbayeva; Anargul Essenaliyeva; Dilyara Ergashvayeva; Nargiz Karamova; and Sanam Maratova. All Rights Reserved.

Share This Book