#1
Xatirə: Vüsalə, sən Azərbaycan milli mətbəxini yoxsa Avropa mətbəxini sevirsən?
Vüsalə: Xatirə, mən daha çox milli mətbəximizi sevirəm, amma avropa mətbəxindən də sevdiyim çox yemək var?
Xatirə: Avropa mətbəxindən hansı yeməkləri sevirsən?
Vüsalə: Ən çox lazanyanı sevirəm. Yeyənlər deyir ki, çox dadlı alınır. Sənin üçün də bişirərəm.
Xatirə: Çox gözəl!! Mən də lazanyanı çox sevirəm, amma hazırlamağı yaxşı bacarmıram. Öyrətsən çox sevinərəm.
#2
Vüsalə: Bu gün qutab və kətə bişirək. Gəl vaxt itirməyək, birlikdə girib marketdən lazım olan ərzaqları alaq.
Xatirə: Bizə hansı ərzaqlar lazımdır?
Vüsalə: Qutab üçün ət, bitki yağı, un, maya lazımdır. Kətə üçün isə un, qoz ləpəsi, şəkər tozu, kərə yağı, yumurta, vanel lazımdır.
Xatirə: Bu ərzaqlar hamısı bütün marketlərdə var.
Vüsalə: Elədi.
Xatirə: Çox sağ ol. Sənə əziyyət verirəm.
Vüsalə: Heç bir əziyyət yoxdur. Mənə xoşdur. Biz həm bişirəcəyik, həm də maraqlı vaxt keçirəcəyik.
#3
Aygün: Fəridə, hansı restorana gedək?
Fəridə: Aygün, mən dadlı plov yemək istəyirəm. Bəs sən?
Aygün: Mən isə qoyun ətindən tikə və lülə kabab yemək istəyirəm
Fəridə: Onda Azərbaycan restoranına gedək.
Aygün: Narşərab restoranına gedək?
Fəridə: O harada yerləşir?
Aygün: Narşərab restoranı Xəzər dənizinin sahilində yerləşir, çox qəşəngdir.