#1


Müəllim: Salam,əziz uşaqlar!

Şagirdlər: Salam,müəllim!

Müəllim: Bu gün sizinlə milli bayramlar və əlamətdar günlər haqda danışmaq istəyirəm. Azərbaycanın hansı bayramlarını tanıyırsınız?

Seymur: 1 Yanvar yeni il bayramı

İlahə: 8 mart Beynəlxalq Qadınlar Günü

Firuzə: 20 Mart Novruz bayramı

Vüqar: 28 may Azərbaycan Demokratik Respublikasının yaranması (bərpası) günü

Mehdi: 18 Oktyabr Suverenlik Günü

Səadət: 9 Noyabr  Bayraq Günü

Sevinc: 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü

Vəfa: Bütün bunlardan başqa hər il müftəlif tarixlərdə Ramazan Bayramı və Qurban Bayramını da xalqımız çox gözəl qeyd edir (keçirir)

#2

Müəllim: Deye bilərsiz Dünya Azərbaycanlılarının həmrəylik Günü nə deməkdir?

Vüqar: Həmin gün azərbaycanlıların birlik bayramıdır. Bütün azərbaycanlılar bu bayramı qeyd edirlər.

Müəllim: Sizinçün ən maraqlı bayram hansıdır?

İlahə: Biz bütün bayramları çox sevirik, amma Novruz bayramı daha maraqlıdır.

#3

Vəfa: Son iki ildir Azərbaycanda Yaylaq festivalı keçirilir.  Mənim bu festivaldan çox xoşum gəlir. Biz keçən il yaylaq festivalında iştirak etdik və çox xoşumuza gəldi.

Müəllim: Yaylaq festivalında nələr gördünüz?

Vəfa: Orda çox ölkələrdən insanlar var idi. Onlar  öz mətbəxlərindən yeməklər bişirib göstərdilər. At yarışları da oldu. Daha sonra isə milli oyunlar oynadılar. Rəqslər və musiqilər də oldu. Mən belə oyunları Dədə Qorqud filmində görmüşəm.

Müəllim: İndi isə hər kəs öz sevdiyi bayram haqda esse yazsın.

 

License

LEARN TURKIC LANGUAGES Copyright © by Funda Güven; Zhazira Agabekova; Balaussa Amir; Yulduzkhan Turgunova; Dariga Kanatova; Adiya Ibrayeva; Maftuna Khalmatbayeva; Anargul Essenaliyeva; Dilyara Ergashvayeva; Nargiz Karamova; and Sanam Maratova. All Rights Reserved.

Share This Book