A1

I.1


Adilə: Qardaş və bacılarım Özbəkistanda yaşayırlar.

Sənan: Onlar üçün darıxırsan?

Adilə: Bəli, çox darıxıram.

I.2

Adilə: Səyahət etməyi sevirsən?

Sənan: Bəli, çox xoşuma gəlir.

Adilə: Tez-tez səyahət edirsən?

Sənan: Xeyr, çox nadir hallarda.

A2

Aydın: Salam,Ramiz!

Ramiz: Salam,Aydın!

Aydın: Mən dostlarımla Qəbələyə səfərə gedirəm. Sən də bizə qoşulmaq istəyirsən?

Ramiz: Nə ilə gedəcəksiniz?

Aydin: Bakıdan Qəbələyə yeni avtobuslarla turlar var, həmin turla gedəcəyik

Ramiz: Bu turlar bahadır?

Aydın: Xeyr, baha deyil.

Ramiz: Turun qiyməti neçəyədir?

Aydın: Çox yaxşı qiymətdir. 60 manat. Yol pulu, bir gecə Qəbələdə oteldə qalmaq və səhər yeməyi də bura daxildir.

Ramiz: Çox yaxşı qiymətdi. Mən də sizlə gedərəm.

Aydın: Onda bilet alanda sənə də alacam.

Ramiz: Bilet almaq üçün ofisə getmək lazımdır?

Aydın: Xeyr, biletləri onlayn da almaq olur.

Ramiz: Çox yaxşı fikirləşiblər.

Aydın: Hə,Ramiz. Azərbaycan daxili belə turlar çoxdu.

Ramiz: Onda tez-tez getmək olar ki.Daha hansı  rayonlara, şəhərlərə belə turlar var?

Aydın: Göy göl, Quba, Lənkəran-Astara, Şəki-Zaqatala, hətta artıq Ağdam, Şuşa və başqa turlar da var.

Ramiz: Çox gözəl!

 

License

LEARN TURKIC LANGUAGES Copyright © by Funda Güven; Zhazira Agabekova; Balaussa Amir; Yulduzkhan Turgunova; Dariga Kanatova; Adiya Ibrayeva; Maftuna Khalmatbayeva; Anargul Essenaliyeva; Dilyara Ergashvayeva; Nargiz Karamova; and Sanam Maratova. All Rights Reserved.

Share This Book