A1


I.1

Adilə: Kondisioneri yandıra bilərsiniz?

Sənan: Bəli, çox istidi. Mən də tərləyirəm. Yandırdım.

Adilə: Bir neçə gün isti olacaq.

I.2

Adilə: Sabah hava necə olacaq?

Sənan: Sabah ildırım çaxacaq. Külək əsəcək. Duman gözlənilir.

Adilə: Soyuq olur?

Sənan: İndi istidir, axşam sərin, sabah soyuq olacaq.

I.3

Adilə: Hava istidir. Bir aydır yağış yağmır.

Sənan: Düz deyirsən, otlar saralıb.

Adilə: Yağış yağsa göyərər.

A2

I.1

Rüstəm: Salam, Aysulu!

Aysulu: Salam, Rüstəm!

Rüstəm: Qazaxıstanda hava necə keçir ?

Aysulu: Bölgədən asılıdır. Adətən yayda çox isti, qışda isə çox soyuq olur. Məsələn, Astanada qışda temperatur mənfi 35-40 dərəcə, bəzən isə daha çox olur.

Rüstəm: Bakı şəhərində şaxta çox olmur. Amma çox vaxt külək olur .

Aysulu: Bəs orda qar yağır?

Rüstəm: Xeyr, Bakıya qar az yağır. Bəzi rayonlara isə çox yağır.

Aysulu:  Astanada çox qar yağır. Bütün qış hər yer ağ qarla örtülür.

Rüstəm: Nə gözəl! Nağıllardakı kimi!

I.2

Sevinc:  Sevda, ən sevdiyin mövsüm (fəsil) hansıdır ?

Sevda: Mən payızı sevirəm. Nə çox isti, nə da çox soyuq olmur.

Sevinc: Mən yaz fəslini daha çox sevirəm. Çünki, hər yer yaşıllaşır. Yaz yağışları yağır.

Sevda: Məncə, payız ən romantik mövsümdür.

Sevinc: Yaya da üstünlük verirəm. Dənizə getməyi xoşlayıram. İsti və günəşli havanı sevirəm.

Sevda: Bəs qış necə?

Sevinc: Mən qışı heç sevmirəm. Qar yağanda gözəldir,  amma soyuq havaya dözə bilmirəm.

 

License

LEARN TURKIC LANGUAGES Copyright © by Funda Güven; Zhazira Agabekova; Balaussa Amir; Yulduzkhan Turgunova; Dariga Kanatova; Adiya Ibrayeva; Maftuna Khalmatbayeva; Anargul Essenaliyeva; Dilyara Ergashvayeva; Nargiz Karamova; and Sanam Maratova. All Rights Reserved.

Share This Book