Dialoqlar (4-cü gün)

#1


Tahir: Salam, Məhəmməd!

Məhəmməd: Salam, Tahir!

Tahir: Neçə həftədir səni görmürəm, harasa getmişdin?

Məhəmməd: Bəli, Tahir.İşdən Almaniyaya ezamiyyətə göndərmişdilər.

Tahir: Çox gözəl. Mən də Almaniyada olmuşam.

Məhəmməd: Nə zaman?

Tahir: 5 il əvvəl getmişdim. Almaniyadan isə qatar ilə Çexiya Respublikasına, sonra isə Polşaya getmişdim.

Məhəmməd: Maraqlı gəzinti olub. Mən ancaq Almaniya, oradan isə Fransaya gedə bildim. Vaxtım az idi.

Dialoq 2

Səma: Salam, Fidan. Necəsən?

Fidan: Salam, Səma. yaxşıyam, çox sağ ol, sən necəsən?

Səma: Mən də yaxşıyam, sağ ol. İstirahətə hazırlaşıram?

Fidan: Doğurdan? Əla! Hara gedirsən?

Səma: Maldiv adalarına.

Fidan: Gözəl yerdir. Xoş istirahət arzulayıram.

Səma: Çox sağ ol. Bəs sən tətili harada keçirmək istəyirsən?

Fidan: Mən Turkiyəyə gedəcəm. Bodrumda dincələcəm. Oranı çox sevirəm.

Səma: Əla! Sənə də xoş istirahət arzulayıram.

Fidan: Çox sağ ol!

 

License

LEARN TURKIC LANGUAGES Copyright © by Funda Güven; Zhazira Agabekova; Balaussa Amir; Yulduzkhan Turgunova; Dariga Kanatova; Adiya Ibrayeva; Maftuna Khalmatbayeva; Anargul Essenaliyeva; Dilyara Ergashvayeva; Nargiz Karamova; and Sanam Maratova. All Rights Reserved.

Share This Book