Dialoqlar: (7-ci gün)

#1


Aynur: Salam, Sevinc!

Sevinc: Salam,Aynur!

Aynur: Necəsən, dərslərin necədir?

Sevinc: Hər şey yaxşıdır, sən necəsən?

Aynur: Mən də yaxşıyam, çox sağ ol. Sevinc, sən çin dilini necə öyrəndin? Mən də öyrənmək istəyirəm.

Sevinc: Dil kursuna getdim. Həm də internetdə çinlilərlə tanış oldum. Onlarla yazışdım.

Aynur: Çox çətindir?

Sevinc: Bəli, biraz çətindir. Gərək çox çalışasan. Hər gün məşğul olasan.

Aynur : Hər gün neçə saat məşğul olmaq lazımdır ?

Sevinc: Yaxşı və tez öyrənmək üçün gündə 1-2 saat.

 

#2

Aynur: Sevinc, ən çox sevdiyin dil hansıdır?

Sevinc: Aynur, əlbəttə ana dilim.

Aynur: Sən fransız dilin də bilirsən ?

Sevinc: Bəli.

Aynur: Necə öyrəndin?

Sevinc: Universitetdə oxuyanda 2- ci kursda məni 1 semest oxumaq üçün Parisə göndərdilər. Orda öyrəndim.

Aynur: Çətin oldu , yoxsa asan?

Sevinc: Əvvəl günlər biraz çətin oldu, sonra isə asan oldu. Sən alman dilin yaxı bilirdin, indi unutmamısan ki?

Aynur: Yox, unutmamışam. Çünki alman dilində çoxlu kitablar oxuyuram, filmlərə baxıram.

Sevinc: Bəli, Aynur, dili unutmamaq üçün bu yaxşıdır.

 

License

LEARN TURKIC LANGUAGES Copyright © by Funda Güven; Zhazira Agabekova; Balaussa Amir; Yulduzkhan Turgunova; Dariga Kanatova; Adiya Ibrayeva; Maftuna Khalmatbayeva; Anargul Essenaliyeva; Dilyara Ergashvayeva; Nargiz Karamova; and Sanam Maratova. All Rights Reserved.

Share This Book