Dialoqlar: (8-ci gün)

#1


Aynur: Salam, Adil!

Adil: Salam, Aynur!

Aynur: Necəsən, işlərin necədir?

Adil: Hər şey yaxşıdır, sən necəsən?

Aynur: Mən də yaxşıyam, çox sağ ol. Mən ingilis dilində  biraz çətinlik çəkirəm. Ona görə kursa yazılmaq istəyirəm

Adil: Bizim universitetin qarşı tərəfində dil kursu var, mən orada öyrənmişəm

Aynur: Nə gözəl, bu bizim də universitetə yaxındır. Orda yaxşı öyrədirlər?

Adil: Bəli, orda çox yaxşı öyrədirlər. Amma gərək sən özün də çox çalışasan. Qrammatik qaydaları işletmək lazımdır. Yeni sözləri yaxşı yadda saxlamaq lazımdır. Onun üçün evdə də çoxlu tapşırıqlar etməlisən. İngilis dilində kitab oxumalısan. Film izləməlisən.

Aynur: Adil, sən elə edirdin?

Adil: Əlbəttə. Mən özüm özümlə ingilis dilində danışırdım. Bu adama çox yaxşı kömək edir.

#2

Aynur: Kursa həftədə neçə dəfə gedirsən?

Adil: Həftədə 3 dəfə .

Aynur: Adil, sən ingilis dilindən başqa hansı xarici dilləri bilirsənmi?

Adil: Mən kiçik olanda biz Rusiyada yaşayırdıq. Əvvəlcə  uşaq bağçasına, sonra isə orta məktəbə getmişəm. İndi isə Alman dilini öyrənməyə başlamışam.

Aynur: Afərin sənə,Adil. Sən yəqin ki, türk dilini də bilirsən?

Adil: Əlbəttə bilirəm. Mən düşünürəm ki, indi gənclər türk dilin yaxşı bilirlər.

Aynur: Doğrudur. Çünki onlar seriallara  çox  baxırlar.

Adil: Sənə uğurlar arzulayıram!

 

License

LEARN TURKIC LANGUAGES Copyright © by Funda Güven; Zhazira Agabekova; Balaussa Amir; Yulduzkhan Turgunova; Dariga Kanatova; Adiya Ibrayeva; Maftuna Khalmatbayeva; Anargul Essenaliyeva; Dilyara Ergashvayeva; Nargiz Karamova; and Sanam Maratova. All Rights Reserved.

Share This Book