Restoran Telequlle menyu

“Teleqüllə” resatoranı  yerdən 210 metr yüksəklikdə, sevgilinizlə birgə unudulmaz saatlar keçirmək üçün maraqlıdır. İnteryerin və təamların mükəmməlliyi üzünüzə təbəssüm bəxş edəcək və sizə romantik film kimi gözəl anlar vəd edəcək.

Restoranın menyusu

  • Lülə Kabab- 12 azn
  • Quzu ətindən Kabab- 12 azn
  • Bildirçin Kabab- 14 azn
  • Dana Basdırması- 18 azn
  • Qızılbalıq Manqalda- 30 azn
  • Su Qazlı/qazsız- 3.50 azn
  • Kompot- 5 azn

 Nar&Şərab restoranı

“Nar&Şərab” restoranı axşamınızı romantik, möcüzəvi və parlaq yadda qalan bir gün edəcək. Xüsusi günlərinizi unudulmaz xatirəyə çevirin. Sevgilinizlə romantik və əyləncəli bir gün planlaşdırırsınız? O halda axşamınızı arxayınlıqla Nar&Şərab restoranına etibar edə bilərsiniz. Burada vaxt keçirməklə bütün qayğılarınızdan uzaqlaşacaq və dinc atmosferə qərq olacaqsınız. Lüks və rahat interyerində xoş anlar keçirin, keçirdiyiniz hər saniyədən zövq alacaqsınız.

Nar&Şərab menyusu

  • Xan Kababı- 6 azn
  • Toyuq Kababı- 7 azn
  • Lülə – 10 azn
  • Tikə Kababı- 10 azn
  • Quzu Bastırma- 10 azn
  • Forel qızartması- 18 azn
  • Qızılbalıq şabalıd ilə- 30 azn
  • Kompot- 4 azn

Sherlocks restoranı

“Sherlocks” restoranı sevdiyinizlə özəl və romantik günlərinizi qeyd etmək üçün mükəmməl seçimdir.Dəniz insanın ruhunu sakitləşdirir. Xəzər sahilində, gözəl masa arxasında və sevdiyinizlə uzun söhbətlər sizi gözləyir.

Sherlocks Menyusu

  • Toyuq Kababı- 7.50 azn
  • Tikə Kababı- 8.80 azn
  • Lülə Kababı- 8.80 azn
  • Xan Kababı- 12 azn
  • Forel- 16 azn
  • Qızıl balıq- 24 azn
  • Ağ balıq- 35 azn
  • Miner su- 4.50 azn
  • Kompot- 5.50 azn

Daha çox oxu

 

 

License

LEARN TURKIC LANGUAGES Copyright © by Funda Güven; Zhazira Agabekova; Balaussa Amir; Yulduzkhan Turgunova; Dariga Kanatova; Adiya Ibrayeva; Maftuna Khalmatbayeva; Anargul Essenaliyeva; Dilyara Ergashvayeva; Nargiz Karamova; and Sanam Maratova. All Rights Reserved.

Share This Book