Mətnlər: (18-gün)

 Dovğa

Ərzaqlar

  • Noxud
  • Keşniş
  • Şüyüd
  • İspanaq
  • Nanə
  • Cəfəri
  • Qatıq
  • 1 xörək qaşığı un
  • 1 ədəd yumurta
  • Yumru düyü
  • Zövgə görə duz

Harızlanma Qaydası

  • Noxudu yumuşalanadək bişirib, kənara qoyun.
  • Doğranmış göyərtini aşsüzənə qoyub yuyun ki, yaşılı getsin.
  • Qazanda qatıq, sü, un və yumurtanı qarışdırın. Düyünü əlavə edin. Taxta qaşıqla dəyanmadan qarışdıra-qarışdıra (vacibdir – yoxsa doğva çürüyər) orta odda qaynadın. Bu proses təxminən 7-10 dəqiqə çəkəcək.
  • Qaynamağa  başlayanda göyərtini əlavə edin. Arada qarışdıra-qarışdıra təxminən 7-8 dəqiqə, və yaxud düyü yumuşalanadək  bişirin.
  • Noxudu əlavə edib, qazanı kənara çəkin. Qoyun dovğa soyusun. Sonra isə ona duz əlavə edib kasalarda süfrəyə verin.

İstəyə görə dovğanın üstü istiotla bəzənir. Doğvanı soyuducuda soyudduqdan sonra da süfrəyə vermək olar. Dovğa qatılaşdığında, ona bir az su əlavə edib durulaşdırın. Nuş olsun!

Daha çox oxu

 

License

LEARN TURKIC LANGUAGES Copyright © by Funda Güven; Zhazira Agabekova; Balaussa Amir; Yulduzkhan Turgunova; Dariga Kanatova; Adiya Ibrayeva; Maftuna Khalmatbayeva; Anargul Essenaliyeva; Dilyara Ergashvayeva; Nargiz Karamova; and Sanam Maratova. All Rights Reserved.

Share This Book