TAKSİ QİYMƏTİ

10 ən məşhur taksi xidmətinə zəng edib “Hyatt Regency Baku” hotelindən Heydər Əliyev Beynəlxalq Aeroportuna neçəyə aparacağını öyrəndik. Nəticələr belədir:

“Ekonom taksi”
Bu marşrut üzrə xidmətin dəyəri 12,50 manat olacaq. Hava limanına girişin ödənişi də bu qiymətə daxildir. Taksinin ilk 10 dəqiqə gözləməsi pulsuzdur. 10 dəqiqədən sonra hər 1 dəqiqənin qiyməti 0,05 manat dəyərində hesablanacaq. Operatorun sözlərinə görə, müvafiq marşrut üzrə hərəkət pik saatlara təsadüf edərsə qiymətdə 1-2 manat qalxa bilər.

“Ulduz taksi”
Bu məsafə üzrə ödəniş 9.80 manat edəcək. Hava limanına giriş qiyməti də bu ödənişə daxildir. Operatorun sözlərinə görə, taksinin müştərini ilk 10 dəqiqə gözləməsi üçün şirkət tərəfindən ödəniş tələb olunmur. 10 dəqiqədən sonra üçün isə hər dəqiqənin dəyəri 0,05 manatdan hesablanır. Bu qiymətlər pik saatlarda da dəyişmir.

“Bakı London taksi”
Bu məsafə üçün ödəniş 17 manat edəcək. Hava limanına girişin ödənişi də bu qiymətə daxildir. Burada da taksi ilk 10 dəqiqə gözləməsi üçün ödəniş tələb olunmur. 10 dəqiqədən sonra üçün isə hər dəqiqənin dəyəri 0,05 manatdan hesablanır. Operatorun sözlərinə görə, pik saatlarda bu qiymət təxminən 1 manat artıq ola bilər.

Daha çox oxu

 

 

License

LEARN TURKIC LANGUAGES Copyright © by Funda Güven; Zhazira Agabekova; Balaussa Amir; Yulduzkhan Turgunova; Dariga Kanatova; Adiya Ibrayeva; Maftuna Khalmatbayeva; Anargul Essenaliyeva; Dilyara Ergashvayeva; Nargiz Karamova; and Sanam Maratova. All Rights Reserved.

Share This Book