Xalqımızın qonaq qarşılama mədəniyyəti
Qonaq getmək, qonaq qarşılamaq xalqımızın ən qədim, gözəl və yaşadılması vacib olan adət-ənənələrindən biridir. Təsadüfi deyil ki, qonaqdan söz düşəndə xalqımız həmişə “Qonaq Allah qonağıdır”, “Qapımız qonağa hər zaman açıqdır”, “Qonağın gözüm üstə yeri var” demişdir. İnsanlar bir-birinə qonaq gedib-gəldikcə, bir-birini daha yaxşı tanıyır, dərd-sərlərini bölüşərək çətinlikləri, problemləri yoluna qoymağa çalışır. Bunun nəticəsində də qohumluq bağlarının möhkəmlənməsinə zəmin hazırlanır.