İlin fəsilləri haqqinda məlumat

Yaz… Əksər insanların fikrincə, ən gözəl fəsil… Yaz fəslinin ayları;  Mart, aprel və maydır.  Yaz mövsümündə hava;  nə isti, nə soyuq, mülayim olur.

Yay xüsusilə tələbələrin sevimli fəslidir;  çünki bu mövsümdə məktəblər tətil olur və şagirdlər dincəlirlər. Həm də dənizdən həzz almaq üçün mükəmməl vaxtdır.  Yayda bəzən istidən yorulsaq da, bu mövsümün özünəməxsus gözəllikləri var.  İyun, iyul və avqust ayları yay aylarıdır.  Ən gözəl meyvələr bu mövsümdə yetişdirilir.  Məsələn, yayın istisində yeyilən soyuq qarpız hər şeyə dəyər.  Təbii ki, bu mövsümdə dondurmanın uşaqlar üçün xüsusi əhəmiyyəti var.

Payız təbiətin yavaş-yavaş istirahətə və yuxuya getdiyi fəsildir. Payızda mənzərələrdən də doymaq olmur.  Meşəyə baxdığınız zaman hər rəngin hər çalarını görə bilərsiniz. Artıq o qızmar isti bitdi və yavaş-yavaş yağışlar başladı.  Sentyabr, oktyabr və noyabr aylarını əhatə edən payız fəsli həm də qışın başlanğıcıdır.  Bu mövsümdə yetişdirilən nar və heyvadan doymaq olmur. El arasında adətən payıza “qızıl payız”deyirlər. Bu, həm də payızda məhsulun yetişməsi ilə bağlıdır. Bəli, payız-məhsul fəslidir. İnsanlar zəhmətlərinin bəhrəsini əsasən payız aylarında görürlər.

Qış… Təbiət nəhayət dərin yuxuya getdi.  Artıq dekabr, yanvar və fevral ayı boyunca ağaclar canlı olmayacaq.  Onlar indi növbəti dövr üçün dincəlir və güclərini toplayırlar.  Qarla oynamaq istəyənlər üçün ən yaxşı mövsüm qışdır.  Bir səhər pəncərədən çölə baxıb hər şeyi ağ görmək kimi bir gözəl şey yoxdur. Düm ağ qar bir yuxunu xatırladır.  Uşaqlar qarla doyunca oynayır və qar adamı düzəldirlər.  Xəstələnməmək üçün mövsümün meyvələri olan portağal və naringidən bol-bol yemək lazımdır.

Daha çox oxu

 

License

LEARN TURKIC LANGUAGES Copyright © by Funda Güven; Zhazira Agabekova; Balaussa Amir; Yulduzkhan Turgunova; Dariga Kanatova; Adiya Ibrayeva; Maftuna Khalmatbayeva; Anargul Essenaliyeva; Dilyara Ergashvayeva; Nargiz Karamova; and Sanam Maratova. All Rights Reserved.

Share This Book