Mətnlər: (5-ci gün)
#1
Mənim bacım Sevdanın on beş yaşı var. Hər ikimiz eyni məktəbdə təhsil alırıq. Bacım doqquzuncu sinifdə oxuyur və dərs əlaçısıdır. O, çox məsuliyyətli qızdır, müəllimlərinin verdikləri tapşınqları axıradək hazırlamayınca rahatlıq tapa bilmir. O, boş vaxtlarında çoxlu bədii kitablar oxuyur, televizorda bədii filmlərə baxmağı xoşlayır. Şəkil çəkmək, parçalar üzərində tikmələr işləmək onun sevimli məşğuliyyətidir. Mən dərslərimdə çətinlik çəkəndə ona müraciət edirəm. O isə öz köməyini heç vaxt məndən əsirgəməz.
https://www.testbook.az/essay/show/435/menim-ailem