Mətnlər: (7-ci gün)
Dünyanın ən çətin dilləri
Dünyada olan təxminən 5 minə yaxın dilin hər birinin öz qaydaları var. Lakin onların içərisində elə dillər də var ki , onu öyrənmək çox çətin olur və hər adam həmin dili öyrənə bilmir. “Factunteres” İnternet – jurnalı dünyanın 10 ən çətin dilini siyahısını tərtib edib.
İslandiya dili
Dünyanın ən çətin dillərindən biri İslandiya dilidir. Bu dili öyrənmək çətindir. Bu dili yalnız həmin ölkənin vətəndaşları mükəmməl bilə bilər.
Fin dili
Fin dilində 15 hal var və bir neçə yüz şəxsi fel forması var. Buna görə də fin dili dünyanın ən çətin dillərindən biri sayılır. Fin dilində gələcək zaman forması yoxdur, lakin bir neçə keçmiş zaman forması var.
Tabasaran dili
Tabasaran dili 46 haldan ibarətdir. Bu dil Dağıstanın rəsmi dillərindən biri hesab olunur. Bu dilin maraqlı tərəflərindən biri də odur ki, yönlük hal şəkilçisi yoxdur.
Çin dili
Dünyanın ən çətin dili Çin dilidir. Müasir Çin əlifbasında 87 min heroqlif var. Bu heroqliflərin bir çoxu bir-birindən fərqlənir, lakin tamamilə başqa mənalar verir. Bir heroqlif bir söz ola bilər və ya təkcə bir hərf olar.
Please, follow the link to find the full text.